Meydan TV (@MeydanTV) header
Meydan TV (@MeydanTV) profile picture

Alternativ və Azad Media Kanalı - Online media TV

Joined April 2013
Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)Photo by Meydan TV (@MeydanTV)
"Baksol yolu"nda kanalizasiya çökməsi nəticəsində 28 yaşlı Cümşüd Cümşüdlünün ölümünə görə Bakı Su Kanal İdarəsinin vəzifəli şəxsi Azər Cümşüdov səhlənkarlıqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək Cümşüdov ittihamı rədd edir.
2
7
267
Azərbaycan Ordusunun mayoru Müşfiq Əliyevin qəfil ürəktutmasından vəfat etdiyi bildirilir. O, Bakıda dəfn olunub. Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama verməyib. Media monitorinqinə görə, 2026-cı ildə qeyri-döyüş şəraitində azı 46 hərbi qulluqçu ölüb.
1
8
271
2027-ci ildən EKTİS-də qeydiyyatı olmayan şəxslər kənd təsərrüfatı məhsullarını şirkətlərə satarkən 2% vergi tutula bilər. İstehsalçıların mövcud 100%-lik vergi güzəştinin isə 90%-ə endirilməsi təklif olunur. Ekspertlər bunun qiymətləri artıra biləcəyini istisna etmir.
2
2
7
372
Azərbaycanda son 1 həftədə 3 vəkil saxlanılıb: Raman Abışov (hədə-qorxu ilə tələb etmə), Elçin Əmirov (dələduzluq və hədə-qorxu) və Orxan Kəngərli (narkotik). Onlar əvvəllər səs-küylü işlərdə vəkillik etsələr də, bunun indiki ittihamlarla əlaqəsi təsdiqlənməyib.
1
2
17
456
Hüquq müdafiəçisi Bəşir Süleymanlı "QHT işi" üzrə 7 il 6 ay azadlıqdan məhrum edilib. O, qeydiyyatsız 148 min AZN-dən çox xarici qrantı mənimsəməkdə və leqallaşdırmaqda təqsirli bilinib. İttihamları rədd edən Süleymanlı işi "siyasi və qurama" adlandırıb.
3
10
293
BDU-nun dosenti Nərman Süleymanov barədə cinsi qısnama iddialarından 2 gün sonra evində ölü tapılıb; prokurorluq araşdırma aparır. Ertəsi gün Elçin Babayev BDU rektoru vəzifədən azad edilib, yerinə Məleykə Abbaszadə təyin olunub. Hadisələr arasında rəsmi əlaqə təsdiqlənməyib.
2
11
867
Milli Məclis Bakıda ödənişli hərəkət zonalarının yaradılmasını nəzərdə tutan qanun layihəsini 1-ci oxunuşda qəbul edib. Bu zonalara daxil olan və ya keçən avtomobillərdən giriş haqqı tutulacaq. Qiymətlər və ərazilər hələlik bəlli deyil.
1
1
2
352
2027-ci ildən Azərbaycanda taksi sürücüləri sabit məbləğ (9-18 AZN) əvəzinə aylıq gəlirlərinin 1%-i həcmində sadələşdirilmiş vergi ödəyə bilər. Vergi operatorlar vasitəsilə tutulacaq: Bakıda 1800, regionlarda 900-1350 AZN-dən çox qazananın yükü artacaq, az qazananın isə azalacaq.
1
1
8
320
2027-ci il yanvarın 1-dən qeyri-neft-qaz özəl sektorunda 2500 AZN-dək maaşlardan tutulan gəlir vergisi 3%-dən 5%-ə (2028-də isə 7%-ə) yüksələcək. İlk 200 AZN-lik güzəşt qüvvədə qalır, amma işçilərin xalis gəliri azalacaq. Dəyişiklik dövlət və neft-qaz sahəsinə aid deyil.
1
3
1
12
747
QHT qanununa yeni dəyişikliklərlə şəffaflıq və maliyyə nəzarəti pozuntularına görə QHT-lərin fəaliyyəti məhkəməsiz 1 ilədək dayandırıla, "dövlət maraqlarına təhdid" və digər yeni əsaslarla ləğv edilə bilər. Fond yaratmaq üçün ilkin kapital 10 min AZN-dən 100 min AZN-ə qaldırılır.
1
5
188
Noyabrın 16-dan "MilliÖn" və "Expresspay" terminallarında 500 AZN-dən yuxarı nağd ödəniş və köçürmələr üçün rəqəmsal kimlik təsdiqi məcburi oldu. AMB-nin tələbi ilə tətbiq edilən yeniliyə görə, ödənişlər Bir ID, SİMA və ya MyGov (QR kod) ilə təsdiqlənəcək.
1
6
452
Astara sakini Şəmistan Nabatzadəyə boşandıqdan sonra qərar verilir ki, o həftədə 2 dəfə övladları ilə görüşə bilər. Amma görüş icra olunmadığından o Polis İdarəsinə gedir. Orada ona "Sən qudurmusan, 30 sutka yat, ağlın başına gələr" deyib, Psixiatriya xəstəxanasına qapadıblar.
3
2
22
868
İlham Əliyevin “X” hesabındakı 2010–2011-ci illərə aid köhnə paylaşımların keçidləri kiberhücum nəticəsində müxalifətçilərin və etiraz aksiyalarının videolarına yönləndirilib. Prezidentin Mətbuat Xidməti hücumu təsdiqləyərək araşdırma aparıldığını bildirib.
3
5
1
27
1,541
“Meydan TV işi” üzrə həbsdə olan baş redaktor Aynur Elgünəşin ağır böyrək əməliyyatından cəmi 1 gün sonra Kürdəxanı təcridxanasına qaytarılması planlaşdırılır. Vəkili Zibeydə Sadıqova onun həkim nəzarətinə ehtiyacı olduğunu, yaxınları ilə görüşünə icazə verilmədiyini bildirib.
2
6
23
374
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Şəmşad Ağanın öd kisəsində 9-10 mm daş aşkarlanıb və kəskin ağrıları var. Ailəsi onun təcili əməliyyat olunmasını tələb edir. Penitensiar Xidmətdə onlara əməliyyatın yalnız ailənin öz hesabına edilə biləcəyi deyilib.
7
1
16
415
AXCP-nin Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka inzibati həbs edilib. Partiyanın məlumatına görə, o, sosial şəbəkədəki tənqidi paylaşımlarına görə İXM-in 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib. Konkret hansı paylaşımına görə cəzalandırıldığı bəlli deyil.
1
3
21
406
Biznesmen Emin Ağalarov Afrikanın Esvatini Krallığında kral ailəsi üzvü şahzadə Majaha ilə tərəfdaşlıq çərçivəsində 60 lüks villadan ibarət “Sky Breeze” kompleksi tikməyi planlaşdırır. Layihənin onun bu ölkədəki $100 milyonluq investisiya planının hissəsi olduğu bildirilir.
5
219
Dublin sammitində Azərbaycan təhlükəsizlik Ukraynaya dəstək, demokratiya, miqrasiya və narkotik/korrupsiya ilə mübarizə üzrə 3 siyasi bəyannamənin heç birinə qoşulmayıb. XİN bunu "əlavə öhdəliklərlə" izah edib. Bakı yalnız Britaniya ilə ikitərəfli sənəd imzalayıb.
1
2
190
Hicab qadağasına etiraz olaraq oktyabrın 16-dan aclıq edən məhbus Elman Şeydayevdən 22 gündür xəbər yoxdur. Yaxınları onun "karser"ə salındıqdan sonra 10 saylı CÇM-ə köçürüldüyünü öyrənsələr də, hazırkı səhhəti və vəziyyəti barədə məlumat ala bilmirlər.
2
4
21
696
“Meclis info işi” üzrə hökm oxunub: platforma rəhbəri İmran Əliyev 10 il, ictimai fəal Elgiz Qəhrəman 9 il azadlıqdan məhrum edilib (zalda həbs olunub). Digər təqsirləndirilən Tamella Musayevaya isə 4 il sınaq müddəti olmaqla 8 il şərti cəza verilib.
3
4
252