Photo Stock (@PhotoStockaz) header
Photo Stock (@PhotoStockaz) profile picture

“PhotoStock” layihəsi özündə bir çox fotoqrafları birləşdirən Azərbaycanın ən böyük fotobanklarından biridir. https://teapawt.org/t.co/9cF264LTN8

Azerbaijan
Joined May 2021
Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)
🇦🇿 Zəfər Günü münasibətilə Bakıda keçirilən atəşfəşanlıq 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AF08EFC… #8noyabr #photostockaz #zəfərgünü #atəşfəşanlıq #azərbaycan
1
33
🇦🇿 Zəfər Günü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və Fəvvarələr meydanında hərbi orkestrlərin çıxışları 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AF07058… photostock.az/media/6AF070CA… #8noyabr #photostockaz #zəfərgünü #orkestr #azərbaycan
2
1
36
🇦🇿 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Zəfər Tağı abidəsi və Hərbi Memorial Məzarlıq ziyarət edilir 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AF028F5… #8noyabr #photostockaz #zəfərgünü #qarabağ #azərbaycan
1
1
38
🇦🇿 Tarixin yarımçıq qalan cümləsi Zəfərlə bitdi #8noyabr #photostockaz #zəfərgünü #qarabağ #azərbaycan
1
1
100
🍐 Ağdaşda keçirilən II Beynəlxalq Heyva Festivalı 📍 Bu gün Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir. 🎉 Tədbirdə 100-ə yaxın dövlət və özəl təşkilat iştirak edir. 👨‍🌾 Ağdaşla yanaşı, ölkənin digər bölgələrindən olan fermerlər də öz məhsullarını nümayiş etdirirlər. 🍯 Festival iştirakçıları müxtəlif heyva sortlarını, bu meyvədən hazırlanan mürəbbə və şirniyyatları, 🍽️ milli mətbəx nümunələrini, həmçinin əl işlərini və digər məhsullarını təqdim edirlər. 🧶 Festivalda xüsusilə xalçaçılıq və digər sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olur. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AEF2CCF… #heyvafestivalı #photostockaz #ağdaş #sənətkarlıq #azərbaycan
30
📍 Bakının köhnə küçələri və payız ritmi. 📸 Foto 17.07.2023-cü ildə çəkilib. #bakışəhəri #photostockaz #streetphotography #küçəfotoqrafiyası #bakı
3
86
🍁 Rənglərin payız şəkli. 📸 Foto 26.10.2026-cı ildə çəkilib. #qaranohurgölü #photostockaz #ismayıllı #payız #azərbaycan
1
1
2
33
📍 Göyə baxan adamlar və zamanın tarix şəkli 📸 Foto 17.07.2026-cı ildə çəkilib. #kilsə #photostockaz #streetphotography #şəki #azərbaycan
1
2
33
📌 Azərbaycanda yeraltı bunkerdə nələr gizlədilib? #bunker #photostockaz #qızılqaya #gəncə #azərbaycan
41
📸 Tarixin şəkli rubrikası: 🕰 Dalay Lama. Ladax, Hindistan. 1976-cı il. 👤 Fotoqraf: Raqhu Ray 🇮🇳 1976-cı ildə Hindistanın Ladax bölgəsində tanınmış hind fotoqrafı Raqhu Ray (Raghu Rai) tərəfindən çəkilmiş bu fotoşəkildə Tibet buddizminin ruhani lideri Dalay Lama təsvir olunub. Fotoşəkil Dalay Lamanın həyatının mühüm tarixi mərhələlərindən birini əks etdirən dövrdə çəkilib. 📍 1935-ci ildə Tibetdə anadan olan Dalay Lama XIV, əsl adı ilə Tenzin Gyatso, hələ iki yaşında olarkən əvvəlki Dalay Lamanın reinkarnasiyası kimi tanınıb. 1950-ci ildə, cəmi 15 yaşında Tibetdə siyasi və dini rəhbərliyi üzərinə götürüb. 1959-cu ildə Tibetdə baş verən hadisələrdən sonra Hindistana sığınmağa məcbur olub və o vaxtdan etibarən Himalay dağlarının ətəyində yerləşən Dharamşalada yaşayır. O, həyatını Tibet xalqının mədəniyyətinin, dilinin və dini ənənələrinin qorunmasına, eləcə də sülh, mərhəmət və zorakılıqdan imtina ideyalarının təbliğinə həsr edib. ℹ️ Ladax isə Hindistanın şimalında, Himalay dağları ilə əhatələnən, Tibet mədəniyyətinin və buddist ənənələrinin dərin izlər buraxdığı tarixi bölgədir. Coğrafi mövqeyi, qədim monastırları və özünəməxsus mənəvi mühiti ilə seçilən bu ərazi Dalay Lamanın dini fəaliyyətinin mühüm məkanlarından biri olub. 📌 Fotoqraf Raqhu Ray bu kadrda yalnız bir dini liderin portretini deyil, həm də öz dövrünün mənəvi və mədəni mənzərəsini sənədləşdirib. 1976-cı ildə çəkilən bu foto bu gün də Dalay Lamanın həyatına və Tibet tarixinin mürəkkəb bir dövrünə vizual baxış imkanı yaradır. #tarixinşəkli #photostockaz #fotoqrafiyatarixi #fotosənəti #foto
1
55
🇦🇿 106 il əvvəl Azərbaycan işğal olunmasaydı bu gün necə olardı? #1hadisənintəsiri #photostockaz #zəngəzur #animasiya #azərbaycan
3
61
🏛 1901-ci ildə Mirzə Ələkbər Sabirin Balaxanıda dərs dediyi tarixi bina 📍 Balaxanı qəsəbəsinin tarixi məkanlarından biri olan və bu gün Mirzə Ələkbər Sabirin adını daşıyan Mədəniyyət evi böyük şairin pedaqoji fəaliyyəti ilə də bağlıdır. 📚 1901-ci ildə Mirzə Ələkbər Sabir Balaxanıda yerləşən, vaxtilə mədrəsə kimi fəaliyyət göstərmiş binada dərs deyib. 📜 Bu fakt məkanı yalnız mədəniyyət ocağı deyil, həm də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin həyat və fəaliyyətinə şahidlik edən tarixi ünvanlardan birinə çevirir. 🎭 Mədəniyyət evi 1904-cü ildə fəhlələrin özfəaliyyət dərnəyi kimi fəaliyyətə başlayıb. 🕌 1930–1989-cu illərdə isə Balaxanı qəsəbə Cümə məscidinin binasında klub kimi fəaliyyət göstərib. 🕰 Müxtəlif dövrlərdə fərqli təyinatlarla istifadə olunan bu məkan Balaxanının zəngin tarixi və mədəni irsinin izlərini yaşadır. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AE9CF71… #mirzəələkbərsabir #photostockaz #balaxanı #tarix #azərbaycan
1
36
🕌 Gəncədəki “Göy imam” və ya İmamzadə haqda nə bilirik? #imamzadə #photostockaz #göyimam #gəncə #azərbaycan
25
📸 Tarixin şəkli rubrikası: 🕰 "Buzayan 6" 👤 Fotoqraf: Phil Borges 🇺🇸 Amerikalı fotoqraf Phil Borges tərəfindən 1997-ci ildə Efiopiyanın Jinka şəhərində çəkilmiş bu ağ-qara portret “Buzayan, 6” adlanır. Fotoda altı yaşlı Buzayan adlı qız uşağı təsvir olunub. Şəkil fotoqrafın dünyanın müxtəlif bölgələrində yaşayan yerli xalqların həyatını və sosial problemlərini sənədləşdirdiyi “Enduring Spirit” layihəsinin bir hissəsidir. ℹ️ Buzayan anası və üç böyük bacısı ilə kiçik bir Efiopiya kəndində yaşayırdı. Atası qonşu şəhərdə polis kimi işləməyə başladıqdan sonra başqa bir qadınla ailə quraraq onları tərk etmişdi. Ailənin maddi vəziyyəti ağır olsa da, anası uşaqlarının təhsil alması üçün əlindən gələni edirdi. 📌 Fotoqraf Buzayandan uşaq bağçası haqqında soruşanda qızcığaz sevincindən qışqırmağa və yerində hoppanmağa başlamışdı. Bu kiçik hadisə onun təhsilə olan həvəsini və çətin həyat şəraitinə baxmayaraq, uşaqlığını yaşamaq arzusunu ortaya qoyurdu. Foto sonradan Buzayanın həyatına da təsir göstərdi. Portreti görən bir xeyriyyəçi onun hekayəsindən təsirlənərək ailəsi ilə əlaqə yaratdı və bir neçə il ərzində qızın təhsil xərclərinin qarşılanmasına kömək etdi. Beləliklə, bir fotoşəkil yalnız bir uşağın həyatını sənədləşdirməklə kifayətlənmədi, onun gələcəyinə də töhfə verdi. #tarixinşəkli #photostockaz #fotoqrafiyatarixi #fotosənəti #foto
1
52
📌 Qarabağ XX əsrin sonunda işğal olunmasaydı bu gün Azərbaycan necə olardı? #1hadisənintəsiri #photostockaz #qarabağ #animasiya #azərbaycan
81
🔨 Bıçaq ustası Seyran Manafov 🔥 Közərən ocaq, qızarmış polad və çəkicin ritmik səsi... Burada hər bıçaq uzun zəhmətin və ustalığın nəticəsi olaraq ərsəyə gəlir. 📍 1980-ci ildə İsmayıllı rayonunda dəmirçi ailəsində dünyaya gələn bıçaq ustası Seyran Manafovun sənətə marağı uşaqlıqdan, atasının emalatxanasında formalaşıb. 👨‍🏭 Atasının zəhməti və peşəkarlığı ona ilham verib. 🛠 Seyran Manafov 2000-ci ildən etibarən bu sənətlə peşəkar şəkildə məşğuldur. ♨️ Emalatxanada polad əvvəlcə yüksək temperaturda qızdırılır, daha sonra zindan üzərində çəkiclə döyülərək istənilən formaya salınır. ⚒️ Hər bir bıçağın hazırlanması ustadan böyük səbir, dəqiqlik və illərin təcrübəsini tələb edir. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6A72FDBE… #bıçaqustası #photostockaz #seyranmanafov #ismayıllı #sənətkarlıq
1
34
👑 Şah İsmayıl Xətainin deyilmiş: İstanbuldakı taxtın əsl sahibi kimdir? #şahismayılxətai #photostockaz #səfəvilər #osmanlı #tarix
1
14
💥 Nüvə zərbəsi bölgəmizdə hansı dəhşətlərə yol aça bilər? #1hadisənintəsiri #photostockaz #animasiya #azərbaycan #iran
33